Türkiyə sərhədində 6-sı terrorçu olmaqla 8 nəfər ələ keçib

Türkiyə sərhədində 6-sı terrorçu olmaqla 8 nəfər ələ keçib backend

 Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə cəhd edən 6-sı terrorçu olmaqla 8 nəfər yaxalanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada sərhədlərdə terrorla mübarizənin davam etdiyi bildirilib və bunlar qeyd edilib:

“Sərhəd qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçmək istəyən 8 nəfəri yaxalayıb.

Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 4-nün FETÖ, 1-nin DHKP-C, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib. Həmin şəxslərdən birinin PKK/KCK terror təşkilatına qoşulmaq üçün xaricə getməyə cəhd etdiyi müəyyən edilib”.

QAZİLER.AZ

Diaspora