Kuleba Çinə gedir

Kuleba Çinə gedir backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfər edəcək. Onun səfərinin məqsədi ikitərəfli münasibətləri və Rusiyanın təcavüzü fonunda ədalətli sülhün yollarını müzakirə etməkdir.

Qaziler.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iyulun 23-25-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin dəvəti ilə bu ölkədə səfərdə olacaq.

Məlumdur ki, görüşlər və danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

QAZİLER.AZ

Diaspora