Türkiyənin tanınmış yazıçısı vəfat edib

Türkiyənin tanınmış yazıçısı vəfat edib backend

Türkiyənin tanınmış yazıçısı Ferih Edgü 88 yaşında vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ədəbiyyatçı Metin Celal bildirib.

Onun ölüm səbəbi məlum deyil.

F. Edgü “Kimsə”, “O” kimi romanların, “Hakkaridə bir mövsüm” ssenarisinin, “Bütün dərs qeydləri”, “İndi saat neçədi?”, “Yeni dərs qeydləri”, “Davam” kimi esselərin müəllifidir. Əsərləri bir çox dilə tərcümə olunub.

Diaspora