İyulun 22-də Rusiyanın Krasnodar vilayətindəki Apşeronsk şəhərində qaz partlayışı ilə bağlı hadisənin videogörüntüləri yayılıb.
Qaziler.az bildirir ki, hadisə yerindən kadrları “İzvestiya” nəşri yayıb.
Həmin gün Apşeronskda ikimərtəbəli binada yerləşən mağazada qaz partlayışı baş verib. İlkin olaraq 14 nəfərin yaralandığı bildirilib. Regional Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dağıntılar altından bir nəfər xilas edilib.
Daha sonra Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hadisə zamanı ticarət sırası dağılıb.
O, dəqiqləşdirib ki, dağıntılar təmizlənir, hadisə yerində 30-a yaxın xilasetmə və fövqəladə hallar xidmətinin mütəxəssisi və 10 texnika işləyir.
QAZİLER.AZ