Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 15 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Qaziler.az bildirir ki. bu barədə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat verir. Açıqlamada terrorçuların qaçacaq yeri və onlar üçün təhlükəsiz ərazi olmadığını vurğulanıb.
Açıqlamada: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncəli bölgələrində müəyyən etdikləri 5 PKK terrorçusunu, Suriyanın şimalında isə "Fərat Qalxanı" və "Barış pınarı" bölgələrində müəyyən etdikləri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar türk əsgərlərinin nəfəsi terrorçuların boynunda olmağa davam edəcək!", - deyilir.
QAZİLER.AZ