Odessa vilayətində Belqorod-Dnestrovskinin meri Vitali Qrajdan saxlanılıb. Meriyada da axtarışlar aparılır.
Qaziler.az bildirir ki, bu barədə “Dumskaya” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, merin həbsini Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirib.
Bundan başqa, şəhər şurasının binasında da axtarışlar aparılır. “K” (korrupsiyaya qarşı mübarizə) şöbəsi tam sürətlə işləyir.
QAZİLER.AZ