Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevə hücumun üç iştirakçısı qətlə cəhddə ittiham olunurlar.
Qaziler.az bildirir ki, bu barədə iyulun 19-da Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
“Hadisənin üç iştirakçısı, o cümlədən bir azyaşlı, müəyyən edilərək saxlanılıb”.
Bir gün əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk iki şübhəlinin saxlanıldığını açıqlamışdı.
Həmin gün Dövlət Dumasının deputatı Mixail Matveev öz Teleqram kanalında Samara küçələrindən birində, ehtimal ki, miqrantlarla yerli sakinlər arasında başlayan münaqişəni dayandırmağa çalışdığını bildirib. Lakin deputatın sözlərinə görə, iştirakçılardan biri onun başına zərbə endirib, nəticədə Matveyev başından xəsarət alıb.
QAZİLER.AZ