İyulun 19-da səhər saatlarında Xarkov əyalətinin Çuquyev şəhərinin atəşə tutulması nəticəsində artıq 9 nəfər yaralanıb. Onların arasında yeniyetmə də var.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Vilayət Polis İdarəsinin rəisi Oleq Sinequbov Teleqramı-da məlumat yayıb.
“9 nəfər, o cümlədən 14 yaşlı uşaq xəsarət alıb”, - Sinequbov bildirib.
Hücum nəticəsində 10 avtomobil tamamilə yanıb. Üç yaşayış binasına və bir fərdi yaşayış evinə, iki mağazaya, bir inzibati binaya ziyan dəyib.
QAZİLER,AZ





