Rusiyalı alpinist Yevgeni Bannikov Qırğızıstanda Lenin dağ zirvəsində həlak olub.
Qaziler.az bildirir ki, bu barədə iyulun 19-da jurnalistlərə mərhumun qohumu Natalya Bannikova məlumat verib.
Qeyd olunur ki, faciə bir gün əvvəl baş verib.
“Evgeni Bannikov qar uçqunu zamanı ölüb. Qrupun qalan hissəsi xəsarət almayıb”, - deyə qız bildirib.
O əlavə edib ki, hazırda meyit hadisə yerindən Oş şəhərinə təxliyə edilir. Bundan sonra onun Zlatousta çatdırılması və ya hadisə yerində dəfn mərasiminin təşkili məsələsi həll olunacaq.
Lenin zirvəsi Qırğızıstan və Tacikistan sərhədində yerləşir. Dağın hündürlüyü 7134 m-dir.
Yevgeni Bannikov rusiyalı şair, bəstəkar, mahnıların müəllifi və ifaçısı, həmçinin alpinistdir. O, on dəfədən çox Elbrusda olub. 2012-ci ildən Zlatoustda yaşayırdı.
QAZİLER.AZ