Rusiya Dövlət Duması deputatının başını yaran miqrantlar saxlanılıb - VİDEO

Rusiya Dövlət Duması deputatının başını yaran miqrantlar saxlanılıb - VİDEO backend

Rusiyanın Samara şəhərində polis Dövlət Dumasının  deputatı Mixail Matveyevin başını yaran iki nəfəri saxlayıb. Onların miqrant olduğu ehtimal edilir.

Qaziler.az bildirir ki, bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Hücumun üçüncü iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Rusiya Daxili İşlər Nazirliyinin şəhər üzrə rəhbərliyi hadisə yerinə gedib.

Hadisə iyulun 18-i günorta saatlarında baş verib. Deputatın dediyinə görə, Samarada olarkən o, sürücü ilə birlikdə yoldan keçənlərə sataşan bir qrup miqrant görüb və onları saxlamağa çalışıb. Bundan sonra xuliqanlar deputatın başını yarıblar.

Həmin şəxslərdən biri polis gələnə qədər saxlanılıb.

Dövlət Dumasının deputatı Matveyev miqrantların hücumuna məruz qaldığı anın videosunu dərc edib.

QAZİLER.AZ

Diaspora