İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Rusiya vətəndaşı Antalyanın Alanya rayonunda yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, valilikdən verilən məlumata görə, Alanya Rayon Jandarma Komandirliyi Jandarma Cinayət Araşdırma Qrupu (JASAT) və asayiş qrupları axtarılan şəxslərin tutulması üçün əməliyyat keçirib.
Qruplar Oba rayonunda keçirdikləri əməliyyatla əcnəbi vətəndaş İ.V-nin İnterpol xətti ilə axtarışda olduğunu müəyyən edib.
Şübhəlinin əməliyyatlardan sonra vilayət miqrasiya İdarəsi geri götürmə mərkəzinə təslim ediləcəyi öyrənilib.
QAZİLER.AZ