Ukraynada sürücü bıçaqla nəzarət-buraxılış məntəqəsində sərhədçiyə hücum edib - VİDEO

Ukraynada sürücü bıçaqla nəzarət-buraxılış məntəqəsində sərhədçiyə hücum edib - VİDEO backend

Sürücü bıçaqla sərhədçiyə hücum edib. Hadisə Ukraynanın Zakarpatye bölgəsindəki nəzarət-buraxılış məntəqəsində baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsinə  istinadən məlumat yayıb.

“Hücum edən şəxs Mukaçevo dəstəsinin sərhədçisinə bıçaqla xəsarət yetirib”, - məlumatda deyilir.

Belə ki, 61 yaşlı kişi dayanma tələblərinə əməl etməyib və hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənməyə çalışıb.

“Avtomobilinin qarşısı kəsilərkən o, içəridən qapını bağlayıb və açıq pəncərədən sərhədçilər ilə mübahisə etməyə başlayıb, onların hərəkətini qanunsuz adlandırıb, eyni zamanda sürücü yolu bağlayaraq, digər hərəkət iştirakçılarına maksimum diskomfort yaratmağa cəhd edib", - deyə sərhədçilər bildirib.

QAZİLER.AZ

 

Diaspora