Ermənistanda investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiya var.
Bu barədə ABŞ Dövlət Departamentinin 2024-cü il üçün investisiya mühiti ilə bağlı hesabatında deyilir.
Sənəddə vurğulanıb ki, qanunlar xüsusən əsas institutlarda, ən çox da məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.
“Müəssisə rəhbərləri hesab edirlər ki, bir çox Ermənistan məhkəmələri səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkir və bu, məhkəmə sisteminin gücləndirilməsini zəruri edir”, - hesabatda deyilir.