Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Mahaçqala Xətti İdarəsinin polis rəisinin müavini Kazbek Murzayevin avqustun 25-dək həbsdə saxlanması barədə qərar çıxarıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 17-də paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
"Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə ibtidai istintaq orqanlarının cinayət törətməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə Murzayev Kazbek Murzayeviç 25 avqust 2024-cü ilə qədər müddətə həbs olunub". İdarənin Telegram kanalında yayımlanan məlumatda deyilir.
QAZİLER.AZ