İstanbulda miqrant qaçaqmalçılığı təşkilatçılarına və qeyri-qanuni mühacirlərə qarşı “Kalkan-26” əməliyyatı keçirilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Əməliyyat zamanı 5 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb, 5-i də həbs edilib.
Bu təşkilatçılarla razılaşdığı aşkarlanan 94 qeyri-qanuni mühacir də tutulub.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada İstanbulda miqrant qaçaqmalçılığı təşkilatçılarına və qeyri-qanuni mühacirlərə qarşı “Kalkan-26” əməliyyatı keçirildiyini qeyd edib.
QAZİLER.AZ