Rusiya Dövlət Dumasında üzün tanınması sistemi sentyabrdan tətbiq olunacaq - “Vedomosti”

Rusiya Dövlət Dumasında üzün tanınması sistemi sentyabrdan tətbiq olunacaq - “Vedomosti” backend

Rusiya Dövlət Dumasında payız sessiyası başlamazdan əvvəl, sentyabrın 6-da  parlamentin aşağı palatasının deputatları və əməkdaşları üçün yeni üz tanıma sistemi quraşdırılacaq.

Qaziler.az bildirir ki, bu barədə “Vedomosti” qəzeti xəbər verir.

Qurğular Oxotnıy Ryaddakı köhnə binanın ikinci girişində, həmçinin Georgievski zolağında yeni binanın 10-cu girişində görünəcək.

Nəşrin məlumatına görə, gələcəkdə ilk modellər quraşdırıldıqdan sonra üzün tanınması sistemi genişləndiriləcək.

Aşağı Palata işçilərindən artıq verilənlər bazası üçün fotoşəkillər çəkmələri istənilib.

Eyni zamanda, qəzetin həmsöhbəti ehtimal edir ki, bütün deputatlar yeniliyə müsbət reaksiya verməyəcək: bəziləri Moskvada olmayacaq, bəziləri texnologiyaya etibar etmir.

QAZİLER.AZ

 

Diaspora