“Evə gedən yol” (2022) filmindəki rolu ilə yadda qalan rusiyalı aktyor İqor Luçixin Sevastopolda vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 16-da Qara Dəniz Donanmasının Boris Lavrenev adına Dram Teatrında məlumat verilib.
teatrın VKontakte sosial şəbəkəsindəki səhifəsində verilən məlumata görə, İqor Luçixin qəfil dünyasını dəyişib.
Aktyor 63 yaşında vəfat edib. O, 1962-ci il fevralın 6-da Ulyanovskda anadan olub. 2008-ci ildən Tula Dram Teatrında çalışıb. Bundan əvvəl, 1978-ci ildən Ulyanovsk Kukla Teatrında, sonra isə Tulada həmin teatrda çalışıb. Aktyorun həmkarları onun “teatr tarixinin əbədi olaraq bir hissəsinə çevrildiyini” qeyd ediblər.
QAZİLER.AZ