Türkiyədə 3 vilayətdə FETÖ əməliyyatı: 7 nəfər həbs edildi

Türkiyədə 3 vilayətdə FETÖ əməliyyatı: 7 nəfər həbs edildi backend

Ankara mərkəzli 3 vilayətdə 2011-2015-ci illər arasında keçirilən bəzi imtahanlarda FETÖ üzvlərinə sualların sızdırılması ilə bağlı aparılan istintaq çərçivəsində 7 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ankara Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, 2011 və 2015-ci illərdə keçirilən Hərbi Liseyə Qəbul İmtahanlarının (ALS) suallarının imtahandan əvvəl təşkilat üzvləri tərəfindən ələ keçirilərək təşkilat üzvlərinə paylandığı müəyyən edilən istintaqda  sualları aldıqları təyin olunan 5 şübhəli haqqında həbs qərarı çıxarıldı.

Jandarma Astsubay Temel Hazırlıq Kursu (JATEK) və Jandarma Astsubay Peşə Məktəbinin (JAMYO) 2015-ci ildəki müsahibələrində namizəd nömrələrinin üzərində kodlama aparılaraq təşkilata yaxın namizədlərin qalib gəlməsinə şərait yaradıldığı müəyyən edildikdən sonra başladılan araşdırmada biri fəal polis, digəri isə həqiqi hərbi qulluqçu olan 2 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, Ankara Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları Ankara mərkəzli 3 vilayətdə şübhəlilərin tutulması istiqamətində əməliyyatlarını davam etdirir.

QAZİLER.AZ

Diaspora