Rusiyanın İjevsk şəhərində 25 yaşlı gənc oğlan qızı 17 mərtəbədən atıb və sonra intihar edib.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, iyulun 16-da Rusiya İstintaq Komitəsinin Udmurt Respublikası üzrə İstintaq İdarəsinin Telegram kanalında məlumat verilib.
Hadisə yerli vaxtla saat 16:00 radələrində şəhərin yaşayış kompleksindən birində baş verib.
"İstintaq Komitəsinin müstəntiqləri və məhkəmə-tibb ekspertləri hadisə yerinə gediblər, baxış keçirilir və hadisənin baş vermə şəraitinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür", - idarənin nəşrində deyilir.
QAZİLER.AZ