Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Manisanın Soma rayonunda meşəlik olmayan ərazidə başlayan və meşəyə sıçrayan yanğının yanğınsöndürənlərin işi nəticəsində nəzarət altına alındığını açıqlayıb.
Qaziler.az bildirir ki, kənd təsərüfatı və meşə naziri İbrahim Yumaklı X sosial media hesabında yanğınla bağlı paylaşım edib.
yumaklı Manisanın Soma rayonunda meşəlik olmayan ərazidə başlayan və meşəyə yayılan yanğının hava və quru qrupların gərgin işi nəticəsində nəzarət altına alındığını bildirib.
“Yanğının söndürülməsi ilə bağlı işlərimiz davam edir. Yanğından zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun", - yazıb.
QAZİLER.AZ