Ukraynada xainlər dövlət mükafatlarından məhrum ediləcək

Ukraynada xainlər dövlət mükafatlarından məhrum ediləcək backend

Ukrayna prezidenti Vladimir Zelenski Radaya vətən xainlərinin dövlət mükafatlarından məhrum edilməsini nəzərdə tutan qanun layihəsinə baxmağı təklif edib.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna dövlət başçısının axşam müraciətində və Ali Radanın saytında məlumat verilir.

Onun sözlərinə görə, qanun layihəsi Ukraynanın Cinayət Məcəlləsinə, Ukrayna Cinayət-Prosessual Məcəlləsinə və digər qanunvericilik aktlarına “təcavüzkar dövlətin təbliğinə və ya Ukraynaya qarşı digər qanunsuz hərəkətlərə görə” dövlət mükafatlarından məhrumetmə ilə bağlı dəyişiklik edilməsini təklif edir.

“Bu, Ukraynanın dövlət mükafatlarını, o cümlədən “Ukrayna Qəhrəmanı”, “Xidmətə görə” ordenini və başqalarını almış, lakin Ukraynanı özləri üçün seçməyənlərə aiddir - onlar düşməni seçiblər və indi bu və ya digər şəkildə Rusiyanı dəstəkləyirlər və ya ümumiyyətlə onun ərazisindədirlər”, - Zelenski məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Ukrayna indi bu cür insanları dövlət mükafatlarından məhrum etmək üçün mexanizmə ehtiyac duyur, çünki onlar yalnız “satqın” adlandırılmağa layiqdirlər.

Zelenski vurğulayıb ki, o, Radadan yaxın gələcəkdə belə bir qanun layihəsinə baxmağı xahiş edir.

QAZİLER.AZ

 

Diaspora