Türkiyənin Muğla bölgəsinin Bodrum rayonunda minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Muğlanın Bodrum rayonunda Konacık məhəlləsində Atatürk Bulvarında avtomobillə sərnişin mikroavtobusu toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü və mikroavtobusda olan 13 nəfər xəsarət alıb.
Xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib. Yaralılar rayonun müxtəlif xəstəxanalarına çatdırılıb.
QAZİLER.AZ