Ukrayna Çexiyadan ilk 50 min mərmi aldı, bir hissəsi artıq cəbhədədir - Şmıqal

Ukrayna Çexiyadan ilk 50 min mərmi aldı, bir hissəsi artıq cəbhədədir -  Şmıqal backend

Ukraynanın Çexiyanın təşəbbüsü ilə almağa başladığı mərmilərin bir hissəsiartıq cəbhə xəttindədir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Denis Şmiqal çexiyalı həmkarı Petr Fiala ilə keçirdiyi mətbuat konfransında deyib.

Şmıqalın sözlərinə görə, Çexiyaya səfəri zamanı Çexiyanın Ukrayna hərbçilərinin sursatla təmin edilməsi təşəbbüsü də mühüm məqam olub. O qeyd edib ki, təşəbbüs artıq qüvvədədir və Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki mövqeyini xeyli yaxşılaşdırıb.

“Bu təşəbbüs artıq qüvvədədir – ilk 50 min mərmi artıq Ukraynadadır, onlardan bəziləri artıq cəbhə xəttində rus işğalçılarını məhv edir və biz gələcəkdə silah-sursat istehsalı üçün birgə layihələrə ümid edirik", - Şmıqal bildirib.

QAZİLER.AZ

 

Diaspora