Türkiyə Milli Müdafiə Nazirliyi 3-ü FETÖ, 1-i İŞİD üzvü olmaqla, ümumilikdə 6 nəfərin qanunsuz olaraq sərhədi keçməyə cəhd edərkən yaxalandığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: "Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 6 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb.Araşdırma nəticəsində ələ keçirilən şəxslərdən 3-nün FETÖ, birinin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib”.
QAZİLER.AZ