Ukraynanın Odessa vilayətində 4 hərbi fərari hərbçi sərhədi qanunsuz keçməyə cəhd edib. Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən Onlardan biri müqavimət göstərib, nəticədə güllələnib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna öz mənbələrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, qaçanlar poliqon ərazisini icazəsiz tərk edərək sərhədi buraxılış məntəqəsindən kənarda keçmək niyyətində olan.Ukrayna Silahlı Qüvvələrinin dörd hərbçisi olub.
Həmsöhbət bildirib ki, həbs zamanı hərbçilərdən biri Dövlət Sərhəd Xidmətinin əməkdaşına müqavimət göstərib. Sonuncu cinayəti dayandırmaq üçün iki atəş açıb. Nəticədə həyatla bir araya sığmayan xəsarətlər alan əsgər dünyasını dəyişib.
QAZİLER.AZ