Türkiyənin Gürbulak Gömrük Qapısında 276 kiloqram narkotik maddə müsadirə edilib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu istiqamətdə Türkiyə Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları əməliyyat keçirib.
“Türkiyəyə daxil olmaq üçün gələn yük maşınına qarşı həyata keçirilən əməliyyat nəticəsində təxminən 186 kiloqramı heroin, 90 kiloqramı metamfetamin olmaqla, ümumilikdə 276 kiloqram narkotik vasitə ələ keçirilib” – deyə məlumatda bildirilib.
Məlumatda qrupların əhalinin sağlamlığını və ictimai asayişi təhdid edən narkotik tacirlərinə yol vermədikləri, narkotiklərə qarşı mübarizə tədbirlərini ölkənin bütün sərhədləri boyunca böyük sədaqət və qətiyyətlə davam etdirdikləri vurğulanıb.