Pezeşkiana görə məsciddə mərasimdə dava oldu

Pezeşkiana görə məsciddə mərasimdə dava oldu backend

Dünən axşam Qəzvin əyalətinin Məhəmmədiyyə şəhərində İmam Sadiq məscidində keçirilən əzadarlıq mərasimində Məsud Pezeşkiana görə dava düşüb.

QAZÌLER.AZ  Axar.az-a istinaden verdiyi məlumata görə, məsciddəki din xadimlərindən biri mikrofonu alaraq yeni prezidenti təhqir edib və onun yezid olduğunu, ona səs verənlərin isə aldanıldıqlarını deyib.

Qəzvinlilərin buna etirazından sonra məscidə bir qrup radikal mühafizəkar siyasi cərəyana mənsub şəxs hücum edib. Pezeşkian tərəfdarları ilə baş verən qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Məsud Pezeşkian Qəzvin əyaləti, xüsusilə Məhəmmədiyyə şəhərində səslərin əksəriyyətini qazanıb.

Diaspora