UTX dəmir yolunda təxribat törədən Rusiya agentlərini saxlayıb

UTX dəmir yolunda təxribat törədən Rusiya agentlərini saxlayıb backend

Ukrayna Təhlükəsizlik Xidməti  Rusiya kəşfiyyat xidmətinin diversantlarını saxlayıb. Onlar "Ukrzaliznitsa"da təxribat törədiblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna UTX-ya istinadən məlumat yayıb.

“Təhlükəsizlik xidməti Xarkov və Rivne vilayətlərində keçirdiyi xüsusi əməliyyatlar nəticəsində üç FTX diversantını saxlayıb. Diversantlar hər iki rayonun dəmir yolundakı "rele şkafları"nı yandırıblar”, - məlumatda deyilir.

Bu yolla Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinə məxsus ağır silah və sursatları olan qatarların cəbhə istiqamətində hərəkətinin qarşısını almağa ümid edirdi.

"Rusiya agentləri cinayət törətmək üçün Rusiya xüsusi xidmətinin göstərişi ilə əvvəlcədən hazırlanmış yanar qarışıqlardan istifadə ediblər", - USQ əlavə edib.

Tapşırıqların yerinə yetiriləcəyi təqdirdə işğalçılar pul mükafatlarını öz əlaltılarının bank kartlarına köçürəcəklərini vəd etmişdilər.

QAZİLER.AZ

Diaspora