Rusiyanın Perm şəhərində içərisində uşaq meyiti olan çamadan tapılıb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 12-də Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.
Bildirilir ki, şəhərin Leninski rayonunda yerləşən evlərdən birinin yaxınlığındakı zibillikdə sakin 6-8 yaşlarında görünən oğlan meyiti tapıb. Uşaqda zorakı ölüm əlamətləri, meyitdə bıçaq yaraları, həmçinin asfiksiya əlamətləri aşkar edilib.
Hazırda hadisə yerində polis əməkdaşları işləyir.
Hüquq-mühafizə orqanları zəruri istintaq-əməliyyat ekspertizalarını aparır, şahidləri dindirirlər.
QAZİLER.AZ