Axtarışda olanlar "Çember"ə sıxışdırıldı: 4 min 466 nəfər tutuldu

Axtarışda olanlar "Çember"ə sıxışdırıldı: 4 min 466 nəfər tutuldu backend

Son 5 gündə 81 vilayətdə axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-19” əməliyyatlarında axtarış qeydləri olan 4 min 466 qaçaq tutulub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin daxiliiİşlər naziri Ali Yerlikaya 81 vilayətdə "Axtarışda olan şəxslərə qarşı" həyata keçirilən "Dairə-19" əməliyyatlarında axtarış qeydləri olan 4 min 466 qaçaq tutulduğunu açıqlayıb.

Tutulan şübhəlilərdən 4 min 436 nəfərinin 0-5 il, 19 nəfərinin 5-10 il, 11 nəfərinin isə 10 il və daha çox axtarışda olduğu paylaşılıb.

Tutulan 4 min 466 şübhəlinin 691-i oğurluq, 383-ü dələduzluq, 159-u soyğunçuluq, 79-u adam öldürmə, 116-sı seksual cinayət, 85-i terror, 718-i narkotik cinayət, 434-ü qaçaqmalçılıq və mütəşəkkil cinayətlərdə axtarışda olub.

Yerlikaya bu barədə sosial media hesabından bu barədə verdiyi açıqlamada  deyib.

QAZİLER.AZ

 

Diaspora