Gürcüstanın NATO sammitində iştirakı vacib idi - Darçiaşvili

Gürcüstanın NATO sammitində iştirakı vacib idi - Darçiaşvili backend

“Vaşinqtonda NATO-nun yubiley sammiti başa çatdı, hesab edirəm ki, çox məhsuldar oldu. Bir daha üzv və tərəfdaş ölkələr arasında çox möhkəm birlik qeydə alınıb və bu gün dünyanın təhlükəsizlik baxımından üzləşdiyi çağırışlar ətrafında müzakirə aparılıb”

Qaziler.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.

Darçiaşvilinin sözlərinə görə, sammitdə birlik ilə çətinliklərin öhdəsindən gəlmək barədə çox dərin müzakirələr aparılıb.

“Gürcüstanın sammitdə iştirakı çox vacib idi və biz hesab edirik ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində konkret, nəzərəçarpacaq nəticələr və irəliləyiş əldə etmək üçün öz tərəfdaşları ilə çox fəal işləməyə davam edəcək. Hesab edirəm ki, Vaşinqtona tərəfdaşların dəvət edilməsi, o cümlədən NATO üzvü olan ölkələrlə yanaşı Gürcüstanın da olması çox düzgün qərar idi. Antoni Blinkenin dəvəti ilə keçirilən müxtəlif tədbirlərdə iştirak etmək imkanım da olub. Mənim həmkarlarımla ikitərəfli formatda müxtəlif məsələlər, ikitərəfli münasibətlər və ümumi əhəmiyyət kəsb edən problemlər barədə danışmaq imkanım olub”, - deyə Darçiaşvili qeyd edib.

QAZİLER.AZ

Diaspora