İyulun 11-də cəbhə xəttində 62 toqquşma baş verib. Düşmən Pokrovski və Xarkov istiqamətlərində aviasiyadan fəal istifadə edir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində məlumat yayılıb.
“İşğalçılar demək olar ki, bütün cəbhə xətti boyunca hücumlarını dayandırmırlar. Hazırda düşmənin hücumlarının ümumi sayı artıq 62-yə çatıb. Toqquşmaların əksəriyyəti Pokrovski istiqamətində qeydə alınıb. Eyni zamanda, burada, eləcə də Xarkov istiqamətində işğalçılar fəal şəkildə hava zərbələri endirirlər”, - Baş Qərargah yazır.
QAZİLER.AZ