Türkiyənin qərbində zəlzələ olub

Türkiyənin qərbində zəlzələ olub backend

Türkiyənin qərbindəki Afyonkarahisar şəhərinin mərkəzində 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 6:24-də qeydə alınmış yeraltı təkanların ocağı 6,99 km dərinlikdə olub. Altı dəqiqədən sonra 3,5 maqnitudada afterşok qeydə alınıb.

Eyni zamanda, ölkənin Boğaziçi Universiteti Kandilli rəsədxanası və Seysmoloji Araşdırma İnstitutundan zəlzələnin 4,5 maqnitudada olduğu bildirilib.

Diaspora