ABŞ dövlət katibinin müavini Gürcüstan və Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin müavini Gürcüstan və Ermənistana səfər edəcək backend

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya məsləhətləşmələr üçün Gürcüstan və Ermənistana səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, U.Zeya Tbilisi və İrəvanda keçirilən görüşlərdə demokratik hakimiyyət və korrupsiyaya qarşı mübarizə, mətbuat və söz azadlığı məsələlərinin müzakirəsini planlaşdırır.

Bildirilib ki, diplomat Tbilisidə “xarici agentlər haqqında” qanun ilə bağlı ABŞ-nin ciddi narahatlığını, həmçinin “Gürcüstan hökumətinin Avro-Atlantik trayektoriyanı təhlükə altına qoyan zərərli ritorikasını” vurğulamaq niyyətindədir.

İrəvanda U.Zeya ABŞ-Ermənistan tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini də müzakirə edəcək.

Məlumata görə, o, iyulun 17-dək regionda olacaq.

Report.az

Diaspora