İyulun 8-də Kiyevə rusiyalıların hücumu nəticəsində 34 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Bu səhər saat 09:00-a olan məlumata görə, 07/08/2024-cü il tarixində Kiyevdə raket hücumu nəticəsində 34 nəfər həlak olub”, - məlumatda deyilir.
Yenilənib (10:12)
Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 8-də baş vermiş kütləvi raket hücumundan sonra paytaxtda xilasetmə işlərinin başa çatdığını bildirib.
“Təəssüf ki, düşmənin şəhərin mülki infrastrukturunu atəşə tutması nəticəsində 5-i uşaq olmaqla 34 nəfər həlak olub", - o bildirib.
Xüsusilə, "Oxmatdet" xəstəxanasında iki nəfər, Vladimir Salski küçəsindəki binada 14 nəfər, o cümlədən 5 uşaq, "Dominion" biznes mərkəzində - 7 nəfər, "Adonis" klinikasında - 9. "Lukyanovskaya" metrostansiyası yaxınlığında iki nəfər ölüb.
Bundan əlavə, hücum nəticəsində 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.
Xilasedicilərin çevik tədbirləri nəticəsində 10 nəfərin həyatını xilas etmək mümkün olub. Onlardan üçü uşaqdır.
QAZİLER.AZ