Sankt-Peterburqda Ukraynadakı müharibə iştirakçısının məzarı yandırılıb

Sankt-Peterburqda Ukraynadakı müharibə iştirakçısının məzarı yandırılıb backend

Sankt-Peterburqda və Leninqrad vilayətində "xüsusi hərbi əməliyyat"ın (Ukraynadakı müharibə - red.) iki iştirakçısının məzarları təhqir edilib.

Qaziler.az bildirir ki, bu barədə “Konkretno.ru” yazıb.

“Operativnoe prikrıtie” xəbər agentliyinin məlumatına görə, iyulun 9-da 54 yaşlı Sankt-Peterburq sakini polislə əlaqə saxlayaraq bildirib ki, Smolensk qəbiristanlığında ərinin məzarı üzərindəki əklillər yandırılıb. Müşahidə kameraları olmadığından əməli törədənin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hazırda cinayət işi başlanıb

Bundan əlavə, Leninqrad vilayətinin Otradnı şəhərində 50 yaşlı yerli sakin bildirib ki,  onun oğlunun Qorı kəndindəki qəbiristanlıqdakı qəbri dağıdılıb. Rusiyalı qadının sözlərinə görə, qəbrin üstündəki xaç qoparılıb, hasar sındırılıb, bayraq cırılıb, həmçinin güllər, papaq və portreti ətrafa səpələyiblər. 

QAZİLER.AZ

Diaspora