İyulun 10-na keçən gecə rus qoşunları Odessa vilayətinin liman infrastrukturuna hücum edib. Ölənlər var. Bir dənizçi yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper Teleqram-da yazıb.
“Gecə düşmən Odessa vilayətinə raketlərlə hücum etdi. Təcavüzkarın hədəfi Odessa vilayətinin liman infrastrukturu olub. Təəssüf ki, bir mühafizəçi və bir yük maşını sürücüsü olmaqla iki nəfər həlak oldu”, - administrasiya rəhbəri yazıb.
QAZİLER.AZ