Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərov iki ay müddətinə həbs edilib.
Qaziler.az-ın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə respublika Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.
Oğulları Dərbənd və Mahaçqalada terror aktlarında iştirak edən məmur dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunub. Ömərov iki ay müddətinə, sentyabrın 5-dək həbs edilib.
QAZİLER.AZ