Ukraynalı hakerlər "Oxmatdet"in qisasını belə aldılar

Ukraynalı hakerlər "Oxmatdet"in qisasını belə aldılar backend

Ukraynalı hakerlər iyulun 8-də Rusiyanın Kiyevdəki "Oxmatdet" uşaq xəstəxanasına raket hücumuna cavab olaraq Rusiyanın şəbəkə infrastrukturuna növbəti kiberhücum həyata keçirib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

RBC-Ukraynanın məlumatına görə, kiberhücum nəticəsində çoxsaylı serverlər məhv edilib, “Bu, Oxmatdyt üçündür!” mesajı ilə kütləvi SMS göndərilib, şəbəkə avadanlığı və videomüşahidə sistemləri sıradan çıxıb, yüzlərlə terabayt dəyərində mühüm məlumatlar silindi.

Bu dəfə kiberhücumlar Rusiya Dəmir Yollarının Perm Regional Klinik Xəstəxanası, FD-Telecom MMC və VAPC MMC (Volqoqrad aqro-sənaye şirkəti) olub.

QAZİLER.AZ

Diaspora