Darçiaşvili: Kiyevdə uşaq xəstəxanasına hücum dəhşətlidir

Darçiaşvili: Kiyevdə uşaq xəstəxanasına hücum dəhşətlidir backend

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iyulun 8-də Kiyevdə uşaq xəstəxanasının dağıdılması nəticəsində baş vermiş faciəyə X sosial şəbəkəsində münasibət bildirib.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya-online" xəbər verir.

“Kiyevdəki uşaq xəstəxanasına edilən hücum dəhşətlidir. Mülki əhaliyə, xüsusən də uşaqlara qarşı təcavüz və hücumlar qəbuledilməzdir. Biz Ukrayna xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - İlya Darçiaşvili X-dəki səhifəsində yazır.

Xatırladaq ki, ötən gün Rusiya qüvvələri Ukrayna ərazisinə, o cümlədən Kiyevə raket hücumu həyata keçirib və nəticədə 40-dan çox insan həlak olub. Xəsarət alanların sayı 200-ü ötüb. Zərərçəkən infrastrukturlar arasında Kiyev uşaq xəstəxanası da var, burada 2 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

QAZİLER.AZ

Diaspora