Salome Zurabişvili özünün siyasi birliyini yaradır - KİV

Salome Zurabişvili özünün siyasi birliyini yaradır - KİV backend

Gürcüstan prezidenti Salome Zurabişvili özünün siyasi birliyini yaradır.

Qaziler.az bildirir ki, bu barədə “TV 24” öz mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, yeni assosiasiyaya Eka Beseliya, Tamar Çuqoşvili, Şota Şalelaşvili siyasətçilərin daxil olacağı artıq məlumdur. Hazırda eks-prezident Giorgi Marqvelaşvili, Kaxa Kuçava, Anna Dolidze ilə danışıqlar aparılır.

Siyasətçilərin özləri bu məlumatı kanalın jurnalistlərinə təsdiqləməyiblər.

TV24 onu da bildirir ki, Salome Zurabişvili assosiasiyanı yaratdıqdan sonra keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası ilə ittifaq yaratmaq istəyir.

QAZİLER.AZ

Diaspora