Alla Puqaçova Rusiya əleyhinə yazdığı şərhə görə xarici agent kimi tanına bilər

Alla Puqaçova Rusiya əleyhinə yazdığı şərhə görə xarici agent kimi tanına bilər backend

Bu barədə Rusiya Dövlət Dumasının "Rodina" partiyasından olan deputatı Aleksey Juravlyov çağırış edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, deputat sosial şəbəkələrdə Ukraynadakı müharibə mövzusunda son paylaşımından sonra müğənni Alla Puqaçovanın Rusiya Silahlı Qüvvələrini gözdən saldığına görə xarici agent kimi tanınmağa çağırıb.

Bundan əlavə, o, sənətçinin Rusiyadakı əmlakından məhrum edilməsini xahiş edib.

"Puqaçovanın Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan saldığına və Qərb təbliğatı üçün çalışdığına görə, Rusiya Federasiyasında xarici agent kimi tanınmasının və bütün əmlakından məhrum edilməsinin vaxtı çoxdan çatıb", - Aleksey Juravlyov deyib.

Hazırda müğənninin əri Maksim Qalkin Rusiyada xarici agent kimi tanınıb. ukraynada müharibə başlayandan sonra cütlük uşaqları ilə birlikdə Rusiya Federasiyasını tərk edib.

Elə həmin gün səhər saatlarında sənətçi şəxsi İnstaqram səhifəsində paylaşım edərək iyulun 8-də Ukraynanın ən böyük uşaq xəstəxanası olan 2Oxmatdet"ın raketlə vurulmasına reaksiya verib. 

Müğənni qucağında yaralı uşaq tutan qadının fotosuna: “Allah səbirlidir, amma hər şeyin bir həddi var”, - şərhini yazıb.

QAZİLER.AZ

 

Diaspora