Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğınına hava və quru müdaxiləsi davam edir.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Verilən məlumata görə, Pınarlıbelen rayonunun Etrim və Kaklık bölgəsindəki meşəlik ərazidə yanğın baş verib. Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi və Böyükşəhər Bələdiyyəsi qrupları bölgəyə göndərilib.
Havadan 10 helikopter və 8 təyyarə, 33 su tankeri, 16 su tankeri, 5 dozer, 271 şəxsi heyət, bəzi qeyri-hökumət təşkilatları və bir çox yanğınsöndürmə briqadaları havadan söndürülmə işlərinə dəstək verir.
QAZİLER.AZ