Rusiya ordusu iyulun 9-da Donetsk vilayətində Kramatorska hücum edib. Nəticədə insanlar xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin və Kramatorsk şəhər şurasından bildirilib.
İlkin məlumatlara görə, rusiyalılar Kramatorskda 9 mərtəbəli binanı vurublar. Daha iki hündürmərtəbəli binaya ziyan dəyib. Bütün lazımi xidmətlər hadisə yerindədir.
Filaşkinin aydınlaşdırdığı kimi, atəş nəticəsində üç nəfər yaralanıb, o cümlədən yaralılar arasında 6 yaşlı uşaq da var. Amma iki yaralıdan 1 nəfərin vəziyyəti ağırdır.
"Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir, bütün məsul xidmətlər hadisə yerində işləyir", - Filaşkin yazıb.
QAZİLER.AZ


