Dağıstan müftiliyi zəruri hallarda niqabdan imtinanı dəstəkləyib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Dağıstan müftiliyi bildirib ki, niqab taxmaqla bağlı vəziyyət müsəlmanların yaşadığı ölkədən və bölgədən asılıdır və bəzən ondan imtina etmək lazımdır. Onlar qeyd ediblər ki, son vaxtlar bu geyim əşyası əhalinin əksəriyyətində qorxu və təşviş doğurub.
"Bəzi hallarda alimlər və dini liderlər bütün cəmiyyətin həyatını təhlükəyə atmamaq üçün niqab taxmaqdan imtina etməyi tövsiyə edə bilərlər. Bacılar hansı dövrdə yaşadığımızı və hansı ölkədə olduğumuzu başa düşməlidirlər. Ən doğrusunu Allah bilir”, - deyə nəşr yazıb.
"Bəzi ölkələrdə niqab dini radikalizm və fanatizm əlamətinə çevrilib", müftilik etiraf edir. Qadınlara tövsiyə edilib ki, kənar baxış olacağı təqdirdə üzlərini yelpik və ya şərfin bir hissəsi ilə örtsünlər və ərazini tərk etsinlər.
QAZİLER.AZ