Qırğızıstanın İssık-Kul vilayətində dağ otlaqında ildırım vurması nəticəsində 250 qoyun ölüb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 8-də Respublika Fövqəladə Hallar Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
Hadisə ötən gecə, iyulun 7-də Ton rayonunda baş verib. Hadisə yerinə mülki müdafiənin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib.
Son günlər Qırğızıstanın bu ərazisində pis hava şəraitinin hökm sürdüyü qeyd olunub.
Güclü yağışların iyulun 8-dən iyulun 12-dək davam edəcəyi əvvəlcədən açıqlanmışdı.