İstanbulun Küçükçekmece rayonundakı D-100 şosesində iki xidmət mikroavtobusu sürücüsünün yol mübahisəsi zamanı nəqliyyat vasitələrini saxlaması nəticəsində zəncirvari qəza baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 3 xidməti mikroavtobus və 1 su tankerinin iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb. Yaralılar təcili yardımlarla xəstəxanalara aparılarkən, Avcılar istiqamətində böyük tıxac yaranıb.
Səhər saatlarında, rayonun D-100 Karayolu Göl mövqeyində, Avcılar istiqamətində, servis mikroavtobusunun sürücüsü digər servis mikroavtobus sürücüsü Ömer Suiçmez ilə mübahisəsi qəzaya səbəb olub.
Belə ki, Suiçməz idarə etdiyi xidmət mikroavtobusu dayandıra bilməyib və o, mikroavtobusa çırpılıb. Su tankeri və onun ardınca gələn digər xidmət mikroavtobusu da toqquşub və qəzaya səbəb olub.
QAZİLER.AZ