Qazaxıstanda terrorizmi təbliğ edən şəxslər tiutulub

Qazaxıstanda  terrorizmi təbliğ edən şəxslər tiutulub backend

Qazaxıstanda üç vətəndaş terror ideyalarını təbliğ etməkdə təqsirli bilinib.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyulun 8-də ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iyunun 3 və 7-də Çimkent şəhərinin ixtisaslaşdırılmış rayonlararası məhkəməsi iki yerli sakini 7 il müddətinə azadlıqdan məhrum edib. İdarənin məlumatına görə, onlar “radikal dini materialları” öz ətraflarında və sosial messencerlərdə paylaşıblar.

"İyunun 11-də Astananın rayonlararası cinayət məhkəməsi oxşar cinayətə görə islah müəssisəsində saxlanılan paytaxt sakinini əlavə olaraq altı il müddətinə azadlıqdan məhrum edib", - komitənin məlumatında deyilir.

Mətbuat xidmətindən bildirilib ki, bu ilin fevralında hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək, habelə terrorçu qruplaşma yaratmaq və ona rəhbərlik etmək və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, həbsdə olarkən öz fikirlərini məhbus yoldaşlarına çatdırmağa çalışıb.

QAZİLER.AZ

Diaspora