13 vilayətdə "Kibergöz-50" əməliyyatı: 24 nəfər saxlanılıb

13 vilayətdə "Kibergöz-50" əməliyyatı: 24 nəfər saxlanılıb backend

Türkiyə polisinin 13 vilayətdə təşkil etdiyi "Sibergöz-50" əməliyyatlarında hesablarında əməliyyat həcmi 364 milyon TL olan 24 şübhəli "xüsusi fırıldaqçılıq, cinsi təcavüz və qeyri-qanuni mərc oyunları" cinayətlərindən yaxalanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya, vilayət jandarma komandanlığı tərəfindən Jandarma Baş Komandanlığının Kiber Cinayətlərlə Mübarizə İdarəsi koordinasiyasında mərkəzləri Elazığ, Niğde və Ədirnə olan Adana, Diyarbəkir, Mersin, Qaziantep, İstanbul, Amasya, Ankara, İzmir, Kastamonu və Muğla da daxil olmaqla 13 vilayətdə “Kibergöz-50” əməliyyatlarının təşkil edildiyini açıqlayıb.

Əməliyyatlar zamanı hesablarında 364 milyon TL əməliyyat olan 24 şübhəli saxlanılıb.

Əməliyyatlar nəticəsində çoxlu sayda kompüter, telefon, sim kart, portativ yaddaş və debet/kredit kartları ələ keçirilib.

Yerlikaya bu barədə sosial media hesabında yazıb.

QAZİLER.AZ

 

 

Diaspora