Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədən daha bir şəxs yaxalanıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) apardığı işlər nəticəsində Türkiyə bayrağına hücum edən qruplaşma arasında yer alan Əli Almohamed Alhac Hasan Hammade Suriya Milli Ordusu (SNA) tərəfindən saxlanılıb.
"Etdiklərimə görə şərəfli türk xalqından üzr istəyirəm", - o deyib.
Xatırladaq ki, iyunun 30-da Kayseri və bəzi vilayətlərdə qaçqınlara qarşı baş verən hadisələrdən sonra Suriyanın şimalında Türkiyəni hədəf alan təxribatlar baş vermişdi.
Həmin təxribatları törədənlər bir-bir tutulur. Daha öncə də bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib.